Gecə dünyada nə baş verib? - VİDEO

Gecə dünyada nə baş verib? - VİDEO
10.06.2026 09:30 Dünya

ABŞ və İran arasında gərginlik gecə saatlarında daha da yüksəlib.

TodayPress TV xəbər verir ki, ABŞ ordusu vurulduğu iddia edilən "Apache" helikopterinə cavab olaraq İranda bir sıra hərbi hədəflərə zərbələr endirib.

"CNN"in ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton əməliyyatı “xəbərdarlıq atəşi” kimi qiymətləndirir və bunun diplomatik danışıqlara mane olmayacağını hesab edir.

ABŞ Prezidenti Donald Tramp isə "ABC" telekanalına açıqlamasında hücumu vurulan helikopterə verilən “çox güclü cavab” adlandırıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyat üç dalğa şəklində həyata keçirilib. Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə mərkəzlərinə və Hörmüz boğazı yaxınlığında yerləşən radar obyektlərinə yönəlib.

İranın dövlət televiziyası "Press TV" ölkənin cənubundakı Bandar Abbas şəhərində partlayış səslərinin eşidildiyini bildirib.

Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-nin 5-ci Donanmasının qərargahını hədəf aldığını açıqlayıb. Hadisələrlə bağlı tərəflərdən əlavə məlumatların verilməsi gözlənilir.

Türkan İsgəndərli

NEWS FEED
30 JULY 2026
Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 All News