Fransada körpə ölümlərindən sonra süd məhsulları geri çağırıldı

Fransada körpə ölümlərindən sonra süd məhsulları geri çağırıldı
23.01.2026 17:09 Dünya

Fransada iki körpənin ölümündən sonra Bacillus cereus bakteriyası riski ilə bağlı Nestlé və Lactalis şirkətlərinə məxsus bəzi körpə qidaları geri çağırılıb.

TodayPress TV  "Gazeta.ru"ya istinadən xəbər verir ki bunu  Fransa Səhiyyə naziri Stefani Rist BFMTV-yə bildirib. 

Onun sözlərinə görə, Bacillus cereus bakteriyası ilə çirklənmiş ola biləcək körpə qidası partiyaları artıq rəflərdən yığışdırılıb.

Bununla belə, nazirlik valideynlərə son dərəcə diqqətli olmağı və artıq aldıqları hər hansı bir paketin geri çağırılan partiyalara daxil olub-olmadığını yoxlamağı tövsiyə edir.

"Franceinfo" məlumatına görə, Nestlé südünün istehlakından sonra ilk körpə ölümü dekabrın sonlarında Fransanın qərbindəki Anje şəhərində baş verib.

Lakin bu iş üzrə istintaq yalnız yanvarın 22-də elan olunub. Yanvarın əvvəlində Bordo şəhərinin ətrafında başqa bir körpə ölüb. Bundan əlavə, Nestlé məhsullarından istifadə edən çoxsaylı uşaqlarda ağır zəhərlənmə halları qeydə alınıb və bir çoxu xəstəxanaya yerləşdirilib.

Nestlé yanvarın 5-də Guigoz və Nidal körpə qida qarışığının geri çağırıldığını açıqlayıb.

İsveçrə istehsalçısının baş direktoru Philip Navratil istehlakçılara bildirib ki, körpə zəhərlənməsi ilə qida qarışığının istifadəsi arasında əlaqə hələ sübut olunmayıb və kütləvi geri çağırılma ehtiyat tədbiri xarakteri daşıyır.

Yanvarın 21-də  Fransa istehsalçısı Lactalis də körpə qida qarışığının könüllü olaraq geri çağırıldığını elan edib.

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News