Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı

Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı
05.06.2026 21:30 Dünya

Gümrü meri Vardan Qukasyan barəsində yeni cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə cəhddə ittiham olunur.

TodayPress TV-nin Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyan bir qrup şəxslə birlikdə 2025-ci ildə hakimiyyəti ələ keçirmək planı qurub, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməyib. Bu fakt üzrə cinayət işi açılıb və işdə əli olan digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl həbsdə olan Vardan Qukasyan tərəfdarlarını qarşıdan gələn parlament seçkisində iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna səs verməyə çağırıb.

Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi üzrə ittiham olunur, lakin ittihamı qəbul etmir.

Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan demək olar ki, bütün epizodlar Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.

Qeyd edək ki, 17 dekabr 2025-ci ildə məhkəmə onun həbs müddətini daha üç ay uzadıb. Eyni zamanda, onun Ermənistanla Rusiya arasında birliyin lehinə verdiyi ifadələrə əsaslanan "suverenlikdən imtina etməyə çağırış" ittihamı Qukasyanın üzərindən götürülüb.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 All News