BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi

BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi
21.07.2026 12:12 Dünya

BMT-nin altı müstəqil insan hüquqları eksperti Ermənistanın Baş yepiskopu Baqrat Qalstanyan və digər 17 nəfərə qarşı qaldırılmış cinayət işinin aparılma formasını sual altına alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi rəsmi məktublaşmada qeyd edilib. 

Məlumata görə, Ermənistan bu iddiaları rədd edərək, işin terrorçuluğa hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı sübutlara əsaslandığını bildirir.

Ekspertlər Ermənistanın müxalif "Müqəddəs Mübarizə" hərəkatının üzvlərinə qarşı antiterror və milli təhlükəsizlik qanunvericiliyini tətbiq etməsini şübhə altına alıblar.

Onlar bildiriblər ki, əldə etdikləri məlumatlara görə, ictimaiyyətə açıq olan sübutların böyük hissəsi aydın terror və ya zorakılıq əməllərindən daha çox, siyasi müxalifət və etiraz fəaliyyəti ilə bağlıdır.

Müşahidəçilər, həmçinin 12 iyun 2024-cü il etirazları zamanı polisin mütənasib olmayan güc tətbiq etməsi, telefon dinləmələrinin seçmə üsulla dərc olunması və ədalətli məhkəmə təminatlarını sarsıda biləcək məhdudiyyətlərlə bağlı hesabatlara istinad ediblər.

Hərçənd ki, faktlarla bağlı qəti nəticə çıxarmadıqlarını vurğulayan ekspertlər xəbərdarlıq ediblər ki, iddialar təsdiqini tapacağı təqdirdə, bu, Ermənistanın beynəlxalq insan hüquqları öhdəlikləri ilə ziddiyyət təşkil edə bilər.

Onlar ittihamların hüquqi əsası, həbs qətimkan tədbirinin tətbiqi, polisin cavab tədbirləri, eləcə də söz azadlığı, dinc toplaşmaq və siyasi iştirak hüquqlarını qoruyan təminatlarla bağlı izahat tələb ediblər.

Ermənistan isə, öz cavabında bu iddiaları rədd edərək bildirib ki, cinayət işinin təqsirləndirilən şəxslərin siyasi və ya dini baxışları ilə heç bir əlaqəsi yoxdur və o, terror aktlarına hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsini sübut edən faktlara əsaslanır.

Hökumət, həmçinin etirazların kütləvi iğtişaşlara çevrildiyini, polisin qanuni və mütənasib şəkildə hərəkət etdiyini, həbs qərarlarının isə məhkəmələr tərəfindən fərdi qaydada çıxarıldığını iddia edir.

Qeyd edək ki, "Müqəddəs Mübarizə" hərəkatı 2024-cü ildə Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi (delimitasiya) prosesinə etiraz olaraq meydana gəlib, daha sonra isə Paşinyanın istefasını tələb edən ümumölkə kampaniyasına çevrilib. 2025-ci ildə səlahiyyətli dövlət orqanları Baş yepiskop Qalstanyan da daxil olmaqla 18 nəfərə qarşı terrorçuluqla bağlı əməllər və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları irəli sürüb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Bütün Xəbərlər