Erməni generalın beynəlxalq axtarışa verildiyi təsdiqləndi

Erməni generalın beynəlxalq axtarışa verildiyi təsdiqləndi
01.12.2025 17:13 Dünya

Ermənistan Baş Prokurorluğu general Qriqori Xaçaturovun axtarışa verildiyini təsdiqləyib.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu istefada olan general-mayor, 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov barəsində cinayət işi açıldığını və onun beynəlxalq axtarışa verildiyini təsdiqləyib.

Xaçaturov – Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğludur. O, müharibə zamanı rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və nəticədə bir nəfərin ölümünə səbəb olmaqda ittiham olunur.

Məhkəmə müstəntiqin onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətini təmin etməyib. Prokurorluq qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Bundan əlavə, general haqqında “vəzifə mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın xüsusilə külli miqdarda leqallaşdırılması” maddəsi ilə də cinayət işi açılıb.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 All News