Ərdoğandan İran və İsrailə çağırış

Ərdoğandan İran və İsrailə çağırış
24.06.2025 20:47 Dünya

Türkiyə İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunmasına çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Haaqaya yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, münaqişələrin həlli üçün yeganə düzgün və rasional yol diplomatiyadır.

“İyunun 13-dən etibarən bölgədə gərginliyin artması müşahidə olunur. Türkiyə bu hadisələrin ilk saatlarından etibarən dialoqa çağırış edib. Bu gün atəşkəs razılaşmasını alqışlayırıq”, – deyə Ərdoğan qeyd edib və Ankaranın prosesləri diqqətlə izlədiyini vurğulayıb.

Dövlət başçısı, həmçinin ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

“Biz yerli hərbi-sənaye kompleksimizə xüsusi önəm veririk”, – deyə Prezident vurğulayıb və Türkiyənin NATO-da say baxımından ikinci böyük orduya malik olduğunu xatırladıb.

Ukraynada gedən müharibəyə münasibət bildirən Ərdoğan Ankaranın sülh perspektivinə səmimi şəkildə inandığını söyləyib.

“Bu istiqamətdə Türkiyənin atdığı addımlar hamıya məlumdur. Sülhə doğru atılan ən mühüm addımlardan biri İstanbulda keçirilmiş Kiyev–Moskva danışıqlarıdır”, – deyə o qeyd edib və Ankaranın Avropanın təhlükəsizlik arxitekturasına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.


XƏBƏR LENTİ
15 IYUN 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Bütün Xəbərlər