Ərdoğan və Putin sülh danışıqlarını müzakirə etdi

Ərdoğan və Putin sülh danışıqlarını müzakirə etdi
20.08.2025 20:50 Dünya

Avqustun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

TodayPress TV Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, Rusiya lideri ilə söhbət zamanı Alyaskada keçirilən yüksəksəviyyəli Rusiya-Amerika danışıqlarının yekunları, eləcə də ticarət münasibətləri də daxil olmaqla, ikitərəfli gündəlikdə duran məsələlər müzakirə edilib.

Türkiyə lideri Rusiya Prezidentinə Ankaranın Ukraynada sülh prosesinin irəliləyişinə yönəlmiş səyləri diqqətlə izlədiyini bildirib və ölkəsinin müharibənin ilk günlərindən Kiyevlə Moskva arasında sülhün əldə olunmasının zəruriliyi ilə bağlı mövqeyində səmimi olduğunu vurğulayıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Ankaranın bütün maraqlı tərəflərin iştirakı ilə sülhün təmin edilməsinə dair səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Rusiya Prezidenti öz növbəsində İstanbul prosesinə diqqət çəkərək, Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə və sülh danışıqları üçün platforma təqdim etdiyinə görə minnətdarlığını bildirib.


XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər