Ərdoğan: "Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək"

Ərdoğan: "Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək"
29.10.2025 20:40 Dünya

"Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək"

TodayPress TV xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə xalqına müraciətində öz əksini tapıb.

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Birol Akgün tərəfindən səsləndirilən müraciətdə qeyd olunub ki, Türkiyə köklü dövlətdir:

"Biz güclü millətik. Qurduğumuz dövlət cahana yön verən əziz millətimizin nişanəsidir. Türkiyə həmişə hürriyyət və istiqlalı üçün qanının son damlasına kimi mübarizə aparan xalqımızın evidir. Xalqımızın rifahı üçün durmadan çalışırıq. Xarici siyasətə qədər hər sahədə ciddi təşəbbüslər içərisindəyik. Zəlzələdən zərər çəkən insanlarımızın əvvəlki həyatlarına qayıtmaları üçün səylərimizi əsirgəmirik. İnsanımızın rifah içərisində yaşayacağı "Terrorsuz Türkiyə"yə doğru da irəliləyirik".

Türkiyə Prezidenti ölkəsinin vasitəçilik missiyasına da diqqət çəkib:

"Bölgəsində lider, dünyada mötəbər olan Türkiyənin bu statusunu qorumağa davam edəcəyik. Türkiyə regionunda daim sülh üçün çalışır".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər