Ərdoğan Pezeşkianla regional prosesləri müzakirə etdi

Ərdoğan Pezeşkianla regional prosesləri müzakirə etdi
26.05.2026 18:55 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon görüşməsi keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, görüşdə Türkiyə-İran ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı regiondakı münaqişə prosesi səbəbindən bayramı kədərlə qarşıladıqlarını, lakin İran xalqının bu çətin günləri geridə qoyacağına və əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.

Türkiyə olaraq sülh və sabitliyin təmin edilməsi üçün qardaş ölkələrlə birlikdə çalışdıqlarını qeyd edən Ərdoğan, danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəklərini vurğulayıb.

Türkiyə lideri, həmçinin İran Prezidentini Qurban Bayramı münasibətilə təbrik edib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 All News