Əraqçi AEBA rəhbəri ilə görüşəcək

Əraqçi AEBA rəhbəri ilə görüşəcək
09.09.2025 10:51 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Misirə səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Belə ki, o, burada Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüş keçirəcək. 

Bəqayinin sözlərinə görə, görüş zamanı İran ilə AEBA arasında yeni qarşılıqlı fəaliyyətin çərçivəsi və bu sahədə atılacaq addımlar müzakirə olunacaq.

Bu görüş, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrdən, habelə Tehranın AEBA ilə əməkdaşlıq səviyyəsini aşağı salmaq qərarından sonra keçirilir.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də AEBA ilə əməkdaşlığı dayandıran qanunun icrasına dair fərman imzalayıb. Bu qərardan sonra agentliyin müfəttişləri ölkəni tərk edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 Bütün Xəbərlər