Ekvador Kolumbiyadakı səfirini geri çağırır

Ekvador Kolumbiyadakı səfirini geri çağırır
09.04.2026 06:22 Dünya

Ekvador Kolumbiya Prezidenti Qustavo Petronun Ekvadorun həbsdə olan keçmiş vitse-prezidenti Xorxe Qlas haqqında dediyi sözlərə görə Boqotadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld "Centro" radiostansiyasının efirində bildirib.

"Biz Kolumbiya ərazisində həbsdə olanlar barədə fikir bildirmirik. Prezident Petronun Ekvador haqqında danışarkən istifadə etdiyi ifadələrdən istifadə etmək də qəbuledilməzdir. Dünən axşam XİN etiraz notası göndərib", - deyə o qeyd edib.

O həmçinin bildirib ki, bu günlərdə səfir məsləhətləşmələr aparmaq üçün Ekvadora gələcək. Sommerfeld həmçinin deyib ki, diplomatik münaqişə səbəbindən Kolumbiya və Ekvadorun gələn həftədən etibarən keçirməyi planlaşdırdığı energetika, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunda ikitərəfli məsləhətləşmələr ləğv edilib.

Daha əvvəl Petro Qlası siyasi məhbus adlandırıb və onun səhhətinin vəziyyətindən narahatlığını ifadə edib. O, beynəlxalq insan hüquqları təşkilatlarını onun hüquqlarına riayət olunmasına zəmanət verməyə çağırıb.

Ötən ilin iyununda Ekvador məhkəməsi korrupsiya işi üzrə Qlası 13 il müddətinə azadlıqdan məhrum edib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 All News