Doqquz min insanın genomu deşifrə edildi: Autizmə səbəb olan yeni genetik amil

Doqquz min insanın genomu deşifrə edildi: Autizmə səbəb olan yeni genetik amil
15.05.2026 08:00 Dünya

Beynəlxalq molekulyar bioloqlar qrupu autizmin inkişaf ehtimalı ilə bağlı yeni sübutlar aşkarlayıb. Araşdırma göstərib ki, autizm spektr pozuntusu yalnız genlərin strukturundakı dəyişikliklərlə deyil, DNT-nin kodlaşdırılmayan hissəsindəki mutasiyalarla da əlaqəli ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın "The Hospital for Sick Children" xəstəxanasının mətbuat xidməti məlumat yayıb.

"Apardığımız fənlərarası tədqiqatlar və siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, genomun kodlaşdırılmayan bölgələrinin strukturundakı dəyişikliklər beynin fəaliyyətinə ciddi təsir göstərə bilər", - deyə məlumatda bildirilir.

Son 20 ildə genetiklər autizmin inkişaf ehtimalına təsir göstərən 100-dən çox gen variasiyası aşkar ediblər. Müxtəlif zülalları kodlaşdıran bu DNT sahələri neyronların fəaliyyətinə təsir etməklə yanaşı, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP), əqli gerilik və digər problemlərə də səbəb ola bilir.

Kanada, ABŞ, Avropa və Cənubi Koreyadan olan alimlər isə genomun kodlaşdırılmayan hissəsindəki mutasiyaların autizmə təsirini araşdırıblar. Bunun üçün 9.3 min autizmli şəxsin və 8.3 min sağlam insanın genomu tam deşifrə edilərək müqayisə olunub.

Araşdırma göstərib ki, autizmli 27 kişinin genomunda eyni dəyişiklik mövcuddur: onların X xromosomundakı PTCHD1-AS adlı DNT hissəsi qısalmış formada olub. Bu sahə sinapsların (neyronlararası əlaqə) fəaliyyətinə təsir edən genləri tənzimləyən uzun RNT molekulunu kodlaşdırır.

Daha sonra alimlər qısaldılmış PTCHD1-AS sahəsinin siçanların beyninə təsirini sınaqdan keçiriblər. Təcrübələr göstərib ki, bu DNT blokunun qısalması heyvanların davranışında autizməxas dəyişikliklərə və neyron sinapslarının formalaşmasında pozuntulara səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada hər 100 uşaqdan birində autizm spektr pozuntusu müşahidə olunur və bu göstərici hər il artmaqdadır.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News