Çin Britaniyanın Tayvanla bağlı açıqlamalarını tənqid etdi

Çin Britaniyanın Tayvanla bağlı açıqlamalarını tənqid etdi
31.12.2025 14:26 Dünya

Çinin Britaniyadakı səfirliyi Britaniya tərəfinin Tayvan ilə bağlı açıqlamalarına görə dərin təəssüf hissi keçirdiyini və bu mövqeyə qətiyyətlə qarşı çıxdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun Tayvan ətrafında keçirdiyi hərbi təlimlərdən sonra Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin sözçüsü tərəfləri sülh və sabitliyi poza biləcək hərəkətlərdən çəkinməyə və təmkinli olmağa çağırıb. 

Çin səfirliyi isə bu açıqlamanı səhv, faktların təhrif edilməsi və həqiqətin manipulyasiyası kimi qiymətləndirib.

Çin səfirliyinin sözçüsü bildirib ki, Tayvan Çinin bir əyalətidir və Tayvan məsələsi Çinin daxili işidir. O qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu tərəfindən keçirilən hərbi təlimlər Tayvandakı separatçı qüvvələrə qarşı cəzalandırıcı və çəkindirici tədbir, eyni zamanda xarici müdaxiləyə qarşı sərt xəbərdarlıqdır. 

Sözçü vurğulayıb ki, heç bir ölkənin bu məsələyə dair məsuliyyətsiz şərhlər vermək hüququ yoxdur.

Bəyanatda həmçinin qeyd olunub ki, Çin Böyük Britaniya hökumətini vahid Çin prinsipinə ciddi şəkildə hörmət etməyə, Çinə qarşı götürdüyü öhdəliklərə əməl etməyə, Çinin daxili işlərinə müdaxilə edən, Tayvandakı separatçı qüvvələri təşviq edən və Tayvan boğazında sülh və sabitliyi pozan istənilən addımdan çəkinməyə çağırır.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 All News