Britaniyanın yeni dronları Ukraynada

Britaniyanın yeni dronları Ukraynada
18.07.2025 10:12 Dünya

Britaniyanın yeni "TRV-150" kvadrokopteri yaxın vaxtlarda Ukraynaya göndərilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın "Kirill Fyodorov / Müharibə Tarix Silah" adlı "Telegram" kanalı məlumat yayıb.

Bu pilotsuz uçuş aparatı (PUA) yüksək dəqiqlikli "APKWS" raketləri ilə silahlandırılıb.

Məlumata əsasən, "TRV-150" ABŞ-də sınaqdan keçirilib və testlər zamanı həm yerüstü, həm də hava hədəflərini uğurla vurub. Qeyd olunub ki, bu model "Malloy T-150" dronunun modifikasiyasıdır və hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

“Artıq aydındır ki, bu dronun gələcəkdə Ukraynada peyda olmasına heç nə mane olmur. "Baba Yaqa" dronlarına yeni bir güclü əlavə olacaq. Onun lazer yönləndirmə sistemi sayəsində həm hücum, həm də müdafiə məqsədilə istifadə oluna bilər”, - deyə məlumat verilib.

Qeyd edək ki, "APKWS" sistemi 70 mm-lik idarəolunmayan “Hydra” aviasiya raketlərini nisbətən ucuz və lazerlə hədəfə yönələn yüksək dəqiqlikli sursata çevirir. Bu raketlər həm helikopterlər, həm də "F/A-18" və "F-16" döyüş təyyarələri ilə daşına bilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Bütün Xəbərlər