Bomba atan 16 yaşlı fələstinli zərərsizləşdirildi, cəsədi götürüldü

Bomba atan 16 yaşlı fələstinli zərərsizləşdirildi, cəsədi götürüldü
14.12.2025 20:47 Dünya

İordan çayının qərb sahilinin şimalında yerləşən Silat əl-Haritiyya kəndində keçirilən reyd zamanı İsrail əsgərlərinə partlayıcı qurğu atan fələstinli güllələnərək öldürülüb.

TodayPress TV  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Hərbçilərin bildirdiyinə görə, paraşütçülər briqadasının kəşfiyyat bölməsinin əsgərləri atılan partlayıcı qurğudan xəsarət almayıb.

“Əsgərlər atəşlə cavab verərək terrorçunu zərərsizləşdiriblər”, – deyə ordunun açıqlamasında bildirilib.

Fələstin Muxtariyyətinin "WAFA" xəbər agentliyi həmin şəxsin 16 yaşlı Məhəmməd İyad Abahreh olduğunu açıqlayıb. Agentlik fələstinli təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, İDF onu öldürdükdən sonra cəsədini götürüb.

Bundan əlavə, ordunun məlumatına görə, şənbə axşamı İordan çayının qərb sahilində yerləşən Beyt-El yaşayış məntəqəsinə aparan yolda hərəkət edən iki fələstinli şübhəli saxlanılıb.

İDF bildirib ki, əsgərlər onların avtomobilində bıçaqlar və bir balta aşkar ediblər. Ordu əlavə edib ki, saxlanılan şəxslər əlavə dindirilmə üçün polisə təhvil verilib.

TodayPress TV 

NEWS FEED
01 AUGUST 2026
Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 All News