BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi
02.10.2025 04:41 Dünya

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçib.

TodayPress TV xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzya şuranın ay ərzində gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Diplomat bildirib ki, oktyabr ayında TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. Onun sözlərinə görə, şura 23 oktyabrda Yaxın Şərq üzrə açıq debat keçirəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək.

Səfir qeyd edib ki, 24 oktyabrda BMT Günü – BMT Nizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusi debat təşkil olunacaq:

"Bu debat BMT-nin keçmişin mirası deyil, bu gün və gələcəyin ən vacib çağırışlarını həll etmək üçün unikal mexanizm olduğunu təsdiqləmək üçün fürsət olacaq".

Oktyabrın 6-da isə qadınların sülh və təhlükəsizlikdə rolu mövzusunda debat keçiriləcək. Nebenzya vurğulayıb ki, bu, TŞ-nin 1325 saylı qətnaməsinin qəbulundan 25 il keçməsinə həsr olunacaq.

Diplomat həmçinin Afrika İttifaqı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini bildirib.

Səfir İranla bağlı "snapback" mexanizmini qeyri-legitim saydıqlarını vurğulayıb:

"Bizim üçün bu mexanizm baş verməyib, 2231 saylı qətnamə isə 18 oktyabr 2025-ci ilədək qüvvədə qalacaq".

Nebenzya əlavə edib ki, Ukrayna məsələsi hazırda TŞ gündəliyində yoxdur, lakin üzv ölkələrin müraciəti daxil olarsa, müzakirəyə çıxarıla bilər:

"BMT Təhlükəsizlik Şurasının iş metodları 80 ildir, dəyişməz qalıb. Rusiya sədrlik müddətində prosedurun qorunmasına, nizam-intizama və effektivliyə ciddi diqqət yetirəcək", – deyə səfir qeyd edib.

Diplomat həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının oktyabr gündəliyinə yeni baş katibin seçilmə prosesinin başlanması da daxil olacaq. Onun sözlərinə görə, ilin sonuna qədər BMT TŞ və Baş Assambleya rəhbərlərinin birgə məktubu ilə prosedura start verilə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər