Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirildi
20.02.2026 12:45 Dünya

19 fevral tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən TodayPress TV -yə verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə Latviya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese Kalnina rəhbərlik edib.

Latviya nümayəndə heyətində Latviya Respublikasının sərhəd xidməti, o cümlədən həmin ölkənin miqrasiya idarəsinin nümayəndələri də təmsil olunub.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi da iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti Latviya Respublikasının Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 All News