Ankara Sammitində elə addım atılacaq ki…

Ankara Sammitində elə addım atılacaq ki…
07.07.2026 19:15 Dünya

NATO-nun Baş katibi Mark Rutte Ankara Sammiti ərəfəsində çıxış edərək bildirib ki, sammitdə əsas diqqət müttəfiqlərin ötən il Haaqada götürdükləri öhdəliklərin icrasına yönələcək. Onun sözlərinə görə, ölkələr daha güclü silahlı qüvvələrin formalaşdırılması, müdafiə sənayesinin inkişafı və Alyansın müdafiə qabiliyyətinin artırılması istiqamətində atdıqları addımları təqdim edəcəklər.

TodayPress TV xəbər verir ki, Mark Rutte Avropa ölkələrinin və Kanadanın 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq məqsədinə doğru irəlilədiklərini qeyd edib.

“Ankarada ölkələrin bu hədəfə çatmaq üçün konkret və real planlar təqdim edəcəyini gözləyirəm. İndiyədək gördüyümüz nəticələr isə ümidvericidir. On illik planın ilk ilində Avropa müttəfiqləri və Kanada artıq ÜDM-in təxminən 4 faizini müdafiə və təhlükəsizlik sahəsinə ayırırlar”, - deyə Baş katib bildirib.

Onun sözlərinə görə, sammit çərçivəsində müdafiə sahəsində on milyardlarla dollarlıq yeni müqavilələrin elan olunması planlaşdırılır.

“Bu müqavilələr müdafiə üçün zəruri olan texnikanın təmin edilməsinə xidmət edəcək. Eyni zamanda iqtisadi artıma, innovasiyaların inkişafına və Atlantikanın hər iki sahilində yüz minlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək”, - deyə Rutte vurğulayıb.

Baş katib bildirib ki, sammitdə Ukraynaya dəstək məsələsi də əsas gündəm mövzularından biri olacaq.

“Müttəfiqlər və NATO tərəfdaşları Ukraynanın ehtiyac duyduğu dəstəyi almağa davam etməsini təmin etməlidirlər. Bütün müttəfiqlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər ki, Ukraynaya dəstək davam etsin. Çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə sıx bağlıdır”, - deyə o əlavə edib.

Kübra Musayeva

NEWS FEED
07 JULY 2026
“Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 DÇ-2026: Argentina - Misir matçında ikinci hissə başladı - YENİLƏNDİ 20:03 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 All News