Alimlər yadplanetlilərin Yeri necə tapa biləcəyini açıqladı

Alimlər yadplanetlilərin Yeri necə tapa biləcəyini açıqladı
07.12.2025 15:00 Dünya

Alimlər yadplanetli sivilizasiyaların Yer kürəsini hansı yollarla aşkar edə biləcəyini araşdırıblar.

TodayPress TV xəbər verir ki, tədqiqat "Astrophysical Journal Letters" jurnalında dərc olunub.

Beynəlxalq alimlər qrupu Yer sivilizasiyasının min il sonra necə inkişaf edə biləcəyini modelləşdirib və bu inkişafın kosmosdan hansı izlər buraxacağını araşdırıb. Tədqiqatda bəşəriyyətin 10 fərqli inkişaf ssenarisi təsvir edilib – güclü sənaye çirklənməsi olan dünyadan tutmuş ekoloji cəhətdən davamlı planetə qədər. Bütün ssenarilərdə insan sivilizasiyasının məhv olmadığı qəbul edilib.

Hesablamalara görə, gələcəkdə yaradılacaq güclü teleskoplar Yer tipli planetlərin atmosferində azot dioksid kimi sənaye çirkləndiricilərini, süni kimyəvi maddələri, hətta nəhəng şəhərlərin işıq izlərini belə aşkar edə bilər. Xüsusilə planlaşdırılan Yaşayış Dünyaları Rəsədxanasının atmosferdə texnoloji fəaliyyətə işarə edən maddələri müəyyən etmək imkanına malik olacağı bildirilir.

Alimlər qeyd ediblər ki, radioteleskoplar vasitəsilə ötürülən siqnallar yalnız birbaşa Yerə yönəldildiyi halda aşkar edilə bilər. Həmçinin gələcəkdə Günəşin qravitasiya effektindən istifadə edən xüsusi kosmik missiya ilə uzaq planetlərin hətta görüntüsünü əldə etmək mümkün ola bilər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, bu araşdırma real yadplanetli kəşfi demək deyil. Məqsəd gələcək teleskopların hansı texnoloji izləri axtarmalı olduğunu əvvəlcədən müəyyənləşdirmək və kosmos müşahidələrini daha səmərəli planlaşdırmaqdır.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News