Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı

Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı
06.08.2026 19:13 Dünya

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında azad ticarət zonası haqqında saziş oktyabrın 6-da qüvvəyə minəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnev VIII Qırğızıstan-Rusiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün Əmirliklər tərəfi ilə nota mübadiləsi həyata keçirildi. BƏƏ ilə azad ticarət sazişinin ratifikasiyası və qüvvəyə minməsi ilə bağlı bütün prosedurlar başa çatdırılıb. Sazişin qüvvəyə minmə tarixi 2026-cı il oktyabrın 6-sı olaraq müəyyən edilib", - deyə o vurğulayıb.

Qeyd edilib ki, hazırda BƏƏ Aİİ-nin əsas ticarət tərəfdaşlarından biridir və beş üzv ölkə ilə BƏƏ arasında ticarət dövriyyəsi davamlı şəkildə artır. Belə ki, 2025-ci ildə bu göstərici 2024-cü illə müqayisədə 12 faiz yüksəlib.

Məlumata görə, saziş çərçivəsində formalaşdırılacaq yeni ticarət rejimi üzrə Əmirliklər Aİİ-nin BƏƏ-yə ixracının 98 faizini əhatə edən, məhsul nomenklaturasının isə 86 faizi üzrə güzəştli çıxış imkanı təqdim edib. Bunun sayəsində Aİİ-yə üzv dövlətlərin ixracatçıları hər il gömrük rüsumlarının ödənilməsinə ən azı 266 milyon ABŞ dolları qənaət edə biləcəklər.

Slepnev bildirib ki, saziş qüvvəyə mindikdən sonra ölkələr arasında illik ticarət dövriyyəsinin ən azı 5-6 milyard ABŞ dolları artacağı gözlənilir. O əlavə edib ki, sazişdə nəzərdə tutulan tənzimləyici normalar biznes əməkdaşlığını yeni səviyyəyə qaldıracaq, ticarət qaydalarının aydın və şəffaf şəkildə müəyyənləşdirilməsi isə qarşılıqlı ticarətə marağı artıracaq.

Nazir onu da qeyd edib ki, "Şimal-Cənub" iqtisadi dəhlizi BƏƏ üzərindən keçir. Bu isə Aİİ ixracatçılarına Fars körfəzi və Hind okeanı hövzəsindəki digər ölkələrə çıxış üçün əlavə üstünlüklər yaradır və Cənubi Asiya regionu ilə ticarətin inkişafı baxımından mühüm potensial formalaşdırır.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
06 AUGUST 2026
Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 UEFA Konfrans Liqası: "Dinamo" - "Qarabağ" matçı başlayıb 21:10 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB 20:33 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 All News