ABŞ-yə turist axını kəskin azaldı: Səbəb nələrdir?

ABŞ-yə turist axını kəskin azaldı: Səbəb nələrdir?
09.02.2026 22:00 Dünya

ABŞ lideri Donald Trampın ikinci prezidentlik dövründə sərt miqrasiya və sərhəd siyasəti ölkəyə gələn xarici turistlərin sayını kəskin şəkildə azaldıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “American International Trade Administration” məlumat yayıb. 

Bildirilib ki, 2025-ci il ABŞ-yə gələn xarici turistlərin sayı əvvəlki illə müqayisədə 4,2% azalıb və bu, ölkə iqtisadiyyatına təxminən 50 milyard dollar gəlir itkisi ilə nəticələnib. 

Məlumata görə, bu azalma “COVID-19” pandemiyasından sonra ilk ciddi geriləmə hesab olunur. Halbuki BMT-nin məlumatına əsasən, eyni dövrdə dünyada beynəlxalq turizm axını orta hesabla 4% artıb. 

Qeyd olunub ki, turist axınının azalması birbaşa ABŞ Prezidenti Donald Trampın apardığı siyasətlə əlaqələndirilir. Belə ki, ondan çox ölkənin vətəndaşlarına giriş qadağaları tətbiq olunub, 75 ölkə, o cümlədən Braziliya və Tailand üçün viza verilişi dayandırılıb, sərhədlərdə yoxlamalar isə xeyli sərtləşdirilib. 

Xüsusilə ABŞ-nin qonşu ölkələri bu vəziyyətə daha həssas reaksiya verib. Kanadadan ABŞ-yə turist axını 10,2% azalıb. Avropa ölkələrindən gələn turistlərin sayı 3,1%, Yaxın Şərqdən isə 3% geriləyib. İrlandiya, Norveç və Almaniyadan gələn turistlərin sayı isə təxminən 20% azalıb. 

Turist sayındakı azalma otellərin və aviaşirkətlərin gəlirlərinə də mənfi təsir göstərib. Hətta “Disney” şirkəti əyləncə parklarında xarici ziyarətçilərin sayının azaldığını açıqlayıb. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda penaltilər seriyası olacaq - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 All News