ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO

ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO
15.06.2026 09:05 Dünya

ABŞ ilə İran arasında sülh sazişi əldə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Tərəflər arasında 14 maddəlik anlaşma memorandumunun layihəsində ABŞ və müttəfiqləri tərəfindən təqdim ediləcək 300 milyard dollarlıq yenidənqurma planına dair müddəa yer alıb.

Məlumata görə, layihənin tam mətninə aşağıdakı müddəalar daxildir:

  • Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dərhal və daimi dayandırılması.
  • ABŞ-nin İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi.
  • Dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi.
  • ABŞ-nin İran ətrafındakı bölgələrdən öz qoşunlarını çıxarmaq öhdəliyi.
  • İranla əldə olunmuş razılaşmalara uyğun olaraq Hörmüz boğazının 30 gün ərzində yenidən fəaliyyətə başlaması.
  • Neftin, neft-kimya məhsullarının və onların törəmələrinin satışına tətbiq olunan sanksiyaların dayandırılması, həmçinin İranın öz maliyyə resurslarına tam çıxışının təmin edilməsi.
  • ABŞ və onun müttəfiqləri tərəfindən ümumi dəyəri azı 300 milyard dollar olan yenidənqurma planlarının təqdim edilməsi.
  • Nüvə problemi üzrə yekun razılaşmanın əldə olunması, ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və BAEA İdarə Heyətinin qərarlarının tam ləğvi məqsədilə 60 günlük danışıqlar dövrünün müəyyənləşdirilməsi.
  • İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini təsdiqləməsi.
  • Danışıqlar dövründə ABŞ-nin bölgədə hərbi kontingentini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi.
  • Yekun danışıqların 60 günlük müddəti ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi, bu məbləğin yarısının isə danışıqlar başlamazdan əvvəl İrana təqdim olunması.
  • Razılaşmanın icrasına nəzarət mexanizminin yaradılması.
  • Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ratifikasiya olunması.

İranın dondurulmuş vəsaitinin yarısı azad edilməyənədək, neftlə bağlı sanksiyalar dayandırılmayana və dəniz blokadası aradan qaldırılmayana qədər yekun danışıqlar başlamayacaq. Son razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi və zənginləşdirmə prosesi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramını əhatə edəcək. İranın raket proqramı və Müqavimət hərəkatlarına dəstəyi ilə bağlı məsələlər isə danışıqların gündəliyindən qəti şəkildə çıxarılıb.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, mətn hələ də İranın müvafiq qurumları tərəfindən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 All News