ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq - KİV

ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq - KİV
27.05.2026 22:30 Dünya

“İrəliləyişlərə baxmayaraq, bəzi fikir ayrılıqları hələ də qalır”.

TodayPress TV APA-ya istinadən xəbər verir  ki, “Tasnim” agentliyi İran və ABŞ arasında aparılan danışıqların son vəziyyəti ilə bağlı hesabat yayıb.

Agentlik Məhəmmədbaqir Qalibafın İran parlamentinin sədri və ABŞ-la danışıqlarda İran nümayəndə heyətinin rəhbəri qismində Qətərə səfərinə toxunaraq bildirib ki, Qalibaf, Abbas Əraqçi və onları müşayiət edən nümayəndə heyətinin Qətərə səfərindən sonra İranın bloklanmış 12 milyard dollarlıq vəsaitinin azad olunması ilə bağlı müəyyən irəliləyiş əldə edilib. Bununla belə, məsələnin bəzi detalları hələ yekunlaşmayıb.

“Tasnim” qeyd edib ki, son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi maddələr, sözlər və ifadələrlə bağlı fikir ayrılıqları qalır və tərəflər arasında mesaj mübadiləsi davam edir.

Agentlik onu da əlavə edib ki, mövcud fikir ayrılıqları aradan qaldırıldıqdan sonra memorandum yekunlaşarsa, onun elan mexanizmi qarşılıqlı razılıq əsasında və birgə formada həyata keçirilməlidir. ABŞ tərəfindən birtərəfli açıqlamanın verilməsi isə tam qeyri-dəqiq ola bilər.

Məlumata görə, bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatmasının elan olunması, İranın bloklanmış aktivlərindən 12 milyard dolların azad edilməsi (ümumilikdə 24 milyard dollar), dəniz blokadasının aradan qaldırılmasına başlanılması və Hörmüz boğazının mərhələli açılması mümkün anlaşmanın ilkin addımları sırasında yer alacaq.

“Tasnim” sonda bildirib ki, ilk mərhələdən sonra nüvə məsələsi ilə bağlı danışıqlar üçün 60 günlük, uzadıla bilən müddət nəzərdə tutulur. İran ilkin mərhələdə zənginləşdirilmiş materiallar, fəaliyyətin dayandırılması və digər nüvə məsələləri ilə bağlı heç bir öhdəlik götürməyib.

Agentlik həmçinin vurğulayıb ki, İranın neft, neft-kimya məhsulları və törəmə məhsullarının satışına mane olan sanksiyalar danışıqlar dövründə dayandırılmalıdır.

“Tasnim” Hörmüz boğazı ilə bağlı da əlavə edib ki, boğazın açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində həyata keçiriləcək. İran bildirib ki, Hörmüz boğazından keçən gəmilərin sayı baxımından vəziyyət 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarıla bilər və blokada tamamilə aradan qaldırılmalıdır.

Agentlik qeyd edib ki, İslamabad danışıqlarından sonra İran və ABŞ arasında birbaşa görüş keçirilməyib və mesaj mübadiləsi, eləcə də mümkün memorandumun hazırlanması prosesi vasitəçi ölkələr üzərindən davam etdirilib.

“Tasnim” sonda mümkün memorandumun 14 bənddən ibarət ola biləcəyini vurğulayıb.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 All News