ABŞ şərt qoydu: Konqo 3 trilyonluq xammal müqaviləsi istəyirsə...

ABŞ şərt qoydu: Konqo 3 trilyonluq xammal müqaviləsi istəyirsə...
25.05.2025 16:45 Dünya

Demokratik Konqo Respublikası (DKR) ilə ABŞ arasında xammal müqabilində təhlükəsizlik sahəsində dəstək nəzərdə tutulan genişmiqyaslı əməkdaşlıq sazişi artıq bu yay imzalana bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” danışıqların detalları ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, DKR ilə ABŞ arasında xammal sazişi və DKR ilə Ruanda arasında sülh razılaşması artıq iyunun sonunadək imzalana bilər. Lakin bu istiqamətdə hələ də ciddi maneələrin olduğu bildirilir. Konqo hakimiyyəti hər iki razılaşmanı bir-biri ilə əlaqələndirir və ABŞ ilə xammal müqaviləsini yalnız Ruanda qoşunlarının DKR-in şərqindən çıxması və Ruandanın “23 Mart Hərəkatı” adlı üsyançı qrupa dəstəyinin dayandırılması halında imzalamağa hazırdır.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Afrikaya dair baş müşaviri Massad Bulos bu ilin aprelində DKR və Ruanda rəsmilərinə iki ölkə arasında sülh sazişinin ilkin layihəsini təqdim edib. Bulos gələn həftə Vaşinqtonda DKR və Ruanda arasında növbəti danışıqlar raundunun keçirilməsinə çalışır.

DKR-in mədən sənayesi naziri Kizito Pakabomba bildirib ki, ABŞ ilə əldə olunacaq razılaşma Konqonun tərəfdaşlar çevrəsini şaxələndirməsinə və Çindən asılılığını azaltmasına kömək edəcək. Hazırda Çin, ölkənin xammal sektorunda dominant mövqe tutur.

"Africa Confidential" nəşrinin yazdığına görə, DKR prezidenti Feliks Çisekedinin təşviq etdiyi və təhlükəsizlik müqabilində xammal tədarükünü nəzərdə tutan bu razılaşmanın dəyəri 3 trilyon dollara qədər ola bilər. DKR əhəmiyyətli mineral ehtiyatlara malikdir və bir sıra yüksək texnoloji istehsalatda tələb olunan metalların, xüsusilə elektromobillərdə istifadə edilən kobaltın dünya üzrə aparıcı istehsalçılarından biridir. Ölkədə dünyadakı kobalt ehtiyatlarının yarısı yerləşir.

Qeyd edək ki, Konqo hakimiyyəti Ruanadan şərqdəki üsyançı qrupları dəstəkləməkdə ittiham edir. Ruanda isə DKR-i öz hökumətini devirmək məqsədi daşıyan silahlı qruplaşmalara şərait yaratmaqda günahlandırır.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 Bütün Xəbərlər