ABŞ-nin sirli xüsusi qüvvəsi - "Delta Force"

ABŞ-nin sirli xüsusi qüvvəsi -  "Delta Force"
10.02.2026 22:00 Dünya

ABŞ-nin ən elit xüsusi təyinatlı bölmələrindən biri olan "Delta Force" terrorizmə qarşı mübarizənin ən gizli və effektiv simvollarından biridir. 

Rəsmi adı 1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D) olan bu bölmə yüksək hədəflərin zərərsizləşdirilməsi, girovların xilas edilməsi və dərin kəşfiyyat missiyaları ilə tanınır. "Fort Bragg" (indiki Fort Liberty) bazasında yerləşən bölmə haqqında məlumatların böyük hissəsi dövlət sirri kimi qorunur, lakin açıq mənbələr onun tarixini və imkanlarını qismən ortaya qoyur.

"Delta Force" 1970-ci illərdə qlobal terror təhdidlərinin artması fonunda yaradılıb. ABŞ Ordusunun polkovniki Çarlz Bekvit Britaniya SAS ilə qazandığı təcrübədən sonra ABŞ-də oxşar elit qüvvənin formalaşdırılmasını təklif edib.

Bölmə 1975-ci ildə rəsmi icazə alıb, 19 noyabr 1977-ci ildə isə rəsmən qurulub. İlk illər əsasən hazırlıq və təlim mərhələsinə həsr olunub və bu dövrdə müvəqqəti “Blue Light” qrupu fəaliyyət göstərib.

Bölmənin ilk böyük sınağı 1980-ci ildə İranda girov saxlanılan Amerika diplomatlarının xilas edilməsi üçün planlaşdırılan “Eagle Claw” əməliyyatı olub. 

Texniki nasazlıqlar, qum fırtınası və koordinasiya problemləri səbəbindən əməliyyat uğursuz başa çatıb və 8 hərbi qulluqçu həlak olub. Bu hadisə xüsusi qüvvələrin yenidən qurulmasına təkan verib. Sonrakı illərdə Panama (1989), Somali (1993), İraq və Əfqanıstanda aparılan çoxsaylı əməliyyatlar "Delta Force"nin yüksək hazırlığını göstərdi. 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində də bölmənin əsas rol oynadığı qeyd olunur.

"Delta Force" ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının (USASOC) tərkibində fəaliyyət göstərir, lakin əməliyyatların planlaşdırılması və idarəsi Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) aiddir. Struktur yüksək məxfi saxlanılır. Əsas döyüş gücü A, B, C və D eskadronlarından ibarətdir; E eskadronu aviasiya dəstəyi, G eskadronu isə ən məxfi tapşırıqları yerinə yetirir. "Combat Support" eskadronu tibbi, kəşfiyyat və logistika işlərini təmin edir. Hər eskadron daxilində hücum və kəşfiyyat üçün kiçik, çevik qruplar fəaliyyət göstərir.

Bölmənin ümumi şəxsi heyətinin sayı rəsmi açıqlanmır. Təxminlərə görə 1000–2000 nəfər xidmət edir və onların 300–400-ü birbaşa əməliyyatlarda iştirak edən operatorlardır. Seçim prosesi son dərəcə ağırdır: namizədlər əsasən Rangerlər, Yaşıl Beretlər və digər xüsusi qüvvələrdən seçilir, aylarla fiziki və psixoloji sınaqlardan keçirlər. Namizədlərin yalnız kiçik bir hissəsi bu mərhələni uğurla tamamlayır.

"Delta Force"nin silah və texnika arsenalı müasir səviyyədədir, lakin detalları məxfi saxlanılır.

 HK416 və M4A1 karabinləri, snayper tüfəngləri, gecəgörmə və termal sistemlər, xüsusi rabitə vasitələri, dronlar və müxtəlif nəqliyyat vasitələri əməliyyatlara uyğun şəkildə istifadə olunur.

Bölmə digər elit qüvvələrlə sıx əməkdaşlıq edir. Xüsusilə 160th "Special Operations Aviation Regiment" (SOAR – “Night Stalkers”) helikopter qrupu, eləcə də "SEAL Team 6" (DEVGRU) və digər JSOC bölmələri ilə koordinasiya daimi xarakter daşıyır. Hava dəstəyi əsasən E eskadronu və 160th SOAR vasitəsilə təmin edilir; "MH-60 Black Hawk" və "MH-6 Little Bird" helikopterləri gecə və çətin şəraitdə əməliyyatların icrasına imkan verir.

"Delta Force" haqqında bir çox məqam hələ də gizli qalır. Operatorlar tez-tez “CAG” və ya “Task Force Green” kimi kod adlarla qeyd olunur. Seçim zamanı namizədlərin izolyasiya şəraitində saxlanılması və ağır psixoloji testlərdən keçirilməsi bölmənin məxfiliyini və peşəkarlığını gücləndirir. “Eagle Claw” əməliyyatından sonra həyata keçirilən islahatlar isə bu günkü strukturun formalaşmasında mühüm rol oynayıb.

Bu gün "Delta Force" ABŞ-nin qlobal təhlükəsizlik strategiyasında əsas vasitələrdən biri hesab olunur. Yüksək gizlilik, sərt seçim və texnoloji üstünlük bölmənin ən mürəkkəb və riskli əməliyyatlarda aparıcı rol oynamasını təmin edir.

Nicat Osmanlı

NEWS FEED
31 JULY 2026
Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 All News