ABŞ İrana yeni zərbələr endirdi
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr dalğasını həyata keçirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, CENTCOM-un "X" hesabında yayılan məlumata görə, beş saat davam edən əməliyyat zamanı Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasda yerləşən hədəflər vurulub.
Bildirilib ki, zərbələrin məqsədi İranın kommersiya gəmiçiliyinə hücum imkanlarını daha da zəiflətmək olub.
Məlumata əsasən, əməliyyat zamanı İranın sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları, eləcə də dəniz infrastrukturu dəqiq idarə olunan sursatlarla hədəfə alınıb.
CENTCOM həmçinin qeyd edib ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib və Amerika qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.
Türkan İsgəndərli