İordaniyadakı ABŞ aviabazasında dəhşətli saatlar: İran raketləri yaşayış blokuna düşdü

İordaniyadakı ABŞ aviabazasında dəhşətli saatlar: İran raketləri yaşayış blokuna düşdü
21.07.2026 09:15 Dünya

İki amerikalı hərbi qulluqçunun həlak olması ilə nəticələnən İranın İordaniyadakı aviabazaya endirdiyi raket zərbəsi idman zalına, təyyarə anqarına və əsgərlərin yatdığı yaşayış blokuna düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, birinci raket bazanın trenajor zalını vurub. Hərbi qulluqçuların bunkerlərdə gizlənməsinə imkan verən sirenin vaxtında işə düşməsinə baxmayaraq, bir neçə nəfər yaralanıb.

Bir neçə saat sonra ikinci raket boş təyyarə anqarına düşüb. Üçüncü zərbə yaşayış blokuna dəyib. Xəbərdarlıq sistemi yenidən işə düşsə də, hərbi qulluqçuların hamısı sığınacaqlara çata bilməyib.

Pentaqon Havaydan olan leytenantın və Texasdan olan sıravinin həlak olduğunu təsdiqləyib. Daha bir hərbi qulluqçu itkin düşmüş hesab olunur. WSJ-nin məlumatına görə, hərbi qulluqçuların binanın daxilində, yoxsa sığınacağa gedən yolda həlak olduğu hələlik aydın deyil.

Qəzetin bildirdiyinə görə, üç raketin hava hücumundan müdafiə vasitələrindən keçə bilməsi faktı regionda yerləşdirilmiş təxminən 50 min hərbi qulluqçunun müdafiəsi ilə bağlı problemlərdən xəbər verə bilər.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hərbi qulluqçuların iyulun 17-də İranın hava hücumunu dəf edərkən həlak olduğunu bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Bütün Xəbərlər