ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan etdi

ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan etdi
09.02.2026 22:30 Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib.

TodayPress TV xəbər verir ki, Vens bu barədə İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.

"Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.

Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir.

Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.

"Bu, müdafiəmizi gücləndirməyə mühüm töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin xarici dövlətlərə hərbi texnika satışı proqramı çərçivəsində reallaşdırılan bu saziş gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm əsas olacaq", - o qeyd edib.

TodayPress TV 

NEWS FEED
01 AUGUST 2026
Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 All News