Qətər 3 iranlı pilotu əsir götürüb

Qətər 3 iranlı pilotu əsir götürüb
15.08.2026 16:25 Dünya

ABŞ bazasını bombalayan 3 iranlı pilot Qətərə əsir düşüb.

TodayPress TV xəbər verir ki,  İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə məktub göndərib.

Məktubda Qətərdə əsir saxlanıldığı bildirilən 3 iranlı pilotun vəziyyətinin araşdırılması istənilib.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin məlumatına görə, əldə olunan informasiyaya əsasən, ABŞ və İsrailin İrana qarşı hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirən 3 iranlı pilot Qətər qüvvələri tərəfindən sağ vəziyyətdə əsir götürülüb.

Bildirilib ki, hadisədən ötən 6 ay ərzində Qətər hökuməti beynəlxalq qanun və qaydaların, o cümlədən hərbi əsirlərin hüquqlarına riayət olunmasını nəzərdə tutan dörd Cenevrə Konvensiyasının tələblərinin əksinə olaraq, bu şəxslərin hüquqlarını pozub.

Komitənin rəhbəri general Məhəmməd Baqerzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Marianna Spolyarikə göndərdiyi məktubda bildirib ki, Üçüncü Cenevrə Konvensiyasına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi Qətərdə saxlanıldığı bildirilən iranlı pilotlarla mümkün qədər tez görüşməli və onların sağlamlıq vəziyyətini araşdırmalıdır.

O, həmçinin pilotların azad edilməsi üçün lazımi şəraitin yaradılmasını tələb edib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından iki gün sonra İran ordusunun Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 bombardmançı təyyarəsi Şiraz aviabazasından havaya qalxaraq Qətərdə yerləşən Əl-Üdeyd aviabazasını bombalayıb.

Hazırda həmin pilotlardan birinin meyitinin İrana qaytarıldığı bildirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 AVQUST 2026
İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Azərbaycan XİN Lixtenşteyni təbrik etdi 13:05 “Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Bütün Xəbərlər