40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ
19.08.2026 21:32 Dünya

Rusiya iqtisadiyyatı 2009-cu il böhranından bəri ən pis vəziyyətindədir.

TodayPress TV Modern.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı, Rusiya Elmlər Akademiyasının akademiki, SSRİ rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş müşaviri Abel Aqanbekyan RBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın mülki sektoru hazırda “tənəzzül vəziyyətindədir”.

Aqanbekyan qeyd edib ki, 2024-cü ildə Rusiyanın ÜDM-i 4,3 faiz artdığı halda, 2025-ci ildə artım cəmi 1 faiz təşkil edib. Dövlət statistikasına əsasən, 2026-cı ilin birinci rübünün yekunlarına görə Rusiyanın ÜDM-i 0,2 faiz azalıb. İkinci rübdə iqtisadiyyat 1,3 faiz artıma qayıtsa da, ilin ilk yarısında ümumi artım cəmi 0,6 faiz olub.

Aqanbekyan hazırkı Rusiya iqtisadi modelini “dövlət-oliqarx kapitalizmi” kimi xarakterizə edib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatında dövlətin payı çox yüksəkdir və təxminən 45 faiz təşkil edir. Qismən dövlətə məxsus müəssisələr də nəzərə alınarsa, bu göstəricinin 70 faizə çatdığını bildirib.

İqtisadçı bank sektorunda dövlət nəzarətinin daha yüksək olduğunu və bu göstəricinin 75 faizə çatdığını qeyd edib.

Aqanbekyanın sözlərinə görə, özəl biznes sektoru getdikcə daralır. Buna müharibənin yaratdığı xərclər, vergi yükünün artması və Mərkəzi Bankın yüksək faiz dərəcəsi səbəbindən kreditlərin bahalaşması təsir göstərir.

“Bir müəssisə böyüyür, sonra müflis olur. Regionlar isə onları bağlamaqdan qorxurlar, çünki bu, böyük işsizliyə səbəb ola bilər. Buna görə də zərər edən və ya yarı-zərərli müəssisələri saxlayırlar”, – deyə Aqanbekyan bildirib.

Onun sözlərinə görə, Rusiyada iqtisadiyyatın dövlət nəzarətində olan hissəsinin yüksək olması özəl sektorun inkişaf imkanlarını məhdudlaşdırır və hazırkı iqtisadi modelin problemlərini daha da dərinləşdirir.

Aqanbekyanın fikrincə, iqtisadi artım tempinin kəskin zəifləməsi, özəl biznesin daralması, yüksək vergi və kredit yükü Rusiyanın iqtisadi perspektivləri ilə bağlı ciddi suallar yaradır.

Xatırladaq ki, Abel Aqanbekyan 1987-ci ildə SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun köməkçisi qismində Qarabağın Ermənistana verilməsi təklifi ilə çıxış edərək bölgədəki gərginliyi alovlandırmışdı.

NEWS FEED
19 AUGUST 2026
“Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 UEFA Çempionlar Liqası: "Sabah" "Hapoel"lə oyunda hesabı açdı - CANLI 23:03 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 All News