XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı

XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı
26.02.2026 00:14 Daxili siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda soqyırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal siyasətinin ən qanlı faciəsi kimi dəyərləndirilib.

Bildirilib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.

"Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ dəməlum deyil", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

"Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır", - XİN-in yaydığı bəyanatda bildirilib.

O da vurğulanıb ki, Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

"Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir. Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik", - bəyanatda qeyd edilib.

TodayPress TV


NEWS FEED
31 JULY 2026
Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 All News