Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur
28.01.2026 11:45 Daxili siyasət

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.

TodayPress TV xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.

Layihədə qeyd edilib ki, uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.

Bundan başqa, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna təklif edilən dəyişikliyə görə isə uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan ediləcək.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 All News