Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra...

Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra...
30.06.2026 16:26 Daxili siyasət

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin icrası ilə əlaqədar bir sıra qanuna dəyişikliklər edilməsini imzalayıb.

Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.

Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

Qanuna əlavə edilən yeni maddəyə əsasən orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.

Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.

Həmçinin orqanların rəhbərləri həmin orqanın strukturu, işçilərin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə müəyyən edəcəklər.

Bundan başqa, dəyişikliyə əsasən, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

Səlahiyyətli struktur bölmə orqanların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.

TodayPress TV

NEWS FEED
01 JULY 2026
Qalibafın çıxışı yarımçıq kəsildi 01:39 Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu 00:06 SON DƏQİQƏ: Pakistan və Əfqanıstan döyüşlər başladı - VİDEO 00:51 ABŞ ilə razılaşmadan sonra İran nefti bahalaşdı 00:38 Bir dövr başa çatdı: Finlandiya stasionar telefonlarla vidalaşır 22:39 Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik 23:23 UEFA “Fənərbaxça”nı cərimələdi 21:52 Venesuelada ölənlərin son sayı açıqlandı 23:16 Bu ölkələr "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq etdi 22:32 DÇ-2026: Norveç tarixində ilk dəfə 1/8-ə çıxdı 23:02 Əli Xamenei ilə vida mərasiminə son hazırlıqlar - VİDEO 22:59 Ali Məhkəmə Trampın fərmanını rədd etdi 22:36 Rusiya XİN: ABŞ-nin Ukraynadakı hərbi-bioloji fəaliyyətinə xüsusi diqqət yetirildi 22:41 İsrailin “erməni soyqırımı” qərarına Ərdoğanın mükəmməl cavabı 22:25 Moskva vilayətində raket xəbərdarlığı elan edildi 22:28 Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu 22:13 Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı 21:49 "Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı 21:24 Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB 21:20 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 All News