Parlamentdən yeni cərimələr paketi: Kimlər cəzalandırılacaq?

Parlamentdən yeni cərimələr paketi: Kimlər cəzalandırılacaq?
12.06.2026 14:02 Daxili siyasət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimələnəcək.

Eyni zamanda, ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də yeni cərimələr müəyyənləşir.

Həmçinin yeni maddəyə görə, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd məhsullarının təsərrüfatı istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Həmçinin inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunacaq.

Sənəddə həmçinin vurğulanıb ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Məcəlləyə edilən daha bir dəyişikliklə maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Qanuna uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 All News