Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək

Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək
21.06.2025 11:17 Daxili siyasət

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.

TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır.

Pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar.

Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.

Qanun layihəsinin qəbul edilməsi ilə, pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması mümkün olacaq.

Həmçinin sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 Bütün Xəbərlər