Ombudsman qeyri-müsəlman qəbiristanlıqları ilə bağlı hesabat hazırladı

Ombudsman qeyri-müsəlman qəbiristanlıqları ilə bağlı hesabat hazırladı
19.03.2026 16:14 Daxili siyasət

Ombudsmanın bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti çərçivəsində növbəti monitorinq hesabatı hazırlanıb.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində Ombudsmanın Aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göygöl, Quba, İsmayıllı, Lənkəran və digər ərazilərdə yerləşən, digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqlara və memorial obyektlərə baxış keçirilib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilmiş monitorinqin əsas məqsədi Azərbaycanda müxtəlif dövrlərdə salınmış həmin qəbiristanlıqların mövcud vəziyyətinin qüvvədə olan normativ hüquqi aktlar və beynəlxalq müqavilələrin tələblərinə uyğun qiymətləndirilməsi, eləcə də onların idarə edilməsi, mühafizəsi və istifadəsində bərabərlik prinsipinə riayət olunub-olunmamasının araşdırılması olub.

Hesabatda Göygöl rayonunda XIX əsrdə məskunlaşmış almanlara aid qəbiristanlıq, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərində II Dünya müharibəsindən sonra ölkəmizdə yaşamış alman əsirlərinin dəfn edildiyi qəbiristanlıqlar, Britaniya Hərbi Memorialı, xristian və yəhudi icmalarına məxsus bəzi qəbiristanlıqlar, o cümlədən polyak icmasına məxsus məzarların hazırkı vəziyyəti ilə bağlı faktlar və fotomateriallar öz əksini tapıb.

Yekunda monitorinqin nəticələrinə əsasən müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına tövsiyələr ünvanlanıb.

Hesabatda qeyd olunub ki, monitorinq zamanı sözügedən ərazilərdə dəfn yerlərinin toxunulmazlığına əməl olunur, qəbiristanlıqların ərazisində təyinatına zidd tikinti və ya kommersiya fəaliyyəti aşkar edilməyib. Bu isə tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadədə icazəsiz müdaxilələrin yolverilməzliyi ilə bağlı normalara riayət edildiyini göstərir.

Aşkar edilmiş məhdud çatışmazlıqlar isə əsasən texniki xarakter daşımaqdadır.

Monitorinqin nəticələrinə əsasən, müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına aşağıdakı tövsiyələrin verilməsi məqsədəuyğun hesab edilir:

* Digər millətlərə və dinlərə mənsub şəxslərə aid tarixi qəbiristanlıqlar üzrə nəzarət mexanizminin bir qədər artırılması;

* Sözügedən qəbiristanlıqlarda tarixi, dini və mədəni və statusu əks etdirən məlumatlandırıcı lövhələrin quraşdırılması və mövcud lövhələrin yenilənməsi;

* Abadlıq və saxlanma işlərinin bütün qəbiristanlıqlar üzrə bərabər və ardıcıl şəkildə aparılmasının təmin edilməsi;

* Yerli icra və bələdiyyə orqanlarının tarix-mədəniyyət təyinatlı torpaqlar üzrə hüquqi rejim barədə məsuliyyətinin artırılması;

* Cəmiyyətin, xüsusilə gənclərin tarixi yaddaş, multikultural dəyərlər və insan ləyaqətinə hörmət prinsipləri barədə maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 All News