Ombudsman Prezident İlham Əliyevi təbrik etdi

Ombudsman Prezident İlham Əliyevi təbrik etdi
12.08.2025 14:56 Daxili siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevi təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrik mətnində deyilir:

Müdrik hərbi-diplomatik siyasətiniz nəticəsində regionda sülhün bərqərar olunması sahəsində baş verən mühüm hadisə - Azərbaycan-Ermənistan arasında birgə Bəyannamənin imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə həyata keçirdiyiniz çətin və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Tarixi əhəmiyyətə malik bu sənəd bilavasitə Sizin uzaqgörən və prinsipial diplomatik təşəbbüslərin və beynəlxalq hüquqa əsaslanan mövqeyinizin növbəti parlaq təzahürüdür.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin ardıcıl olaraq davam etdirdiyiniz uğurlu siyasətin nəticəsi olan bu mühüm hadisə Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, ədalətin bərpa olunmasına imkan verəcəkdir.

Müzəffər Ali Baş Komandanlığınızla İkinci Qarabağ müharibəsində və lokal xarakterli antiterror əməliyyatları nəticəsində əldə edilmiş parlaq Zəfərin belə əhəmiyyətli müqavilə ilə taclandırılması problemlərin ortaq və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya nümayiş etdirdi.

Bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılması, həmçinin uzun illər blokada şəraitində yaşamış Naxçıvanın da sürətlə inkişafına təkan verəcəkdir.

Bəyannamənin imzalanması ilə uzun illər nəticəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində birgə təşəbbüsün göstərilməsi yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılmasına deyil, həm də regionun təhlükəsiz gələcəyinin təmin edilməsinə və gələcək nəsillərin əmin-amanlıqla birgəyaşayışına yönəlmiş tarixi bir dövrün başlanğıcıdır.

ABŞ-Azərbaycan münasibətlərində hər zaman gərginlik yaradan 907-ci düzəlişin tətbiqinin Zati-alinizin nüfuzu və qətiyyətli siyasəti nəticəsində ləğvi, həmçinin ABŞ- Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ölkəmizin uzun illər üzləşdiyi haqsızlığa son qoyulmasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafına xidmət edəcəkdir.

Möhtərəm cənab Prezident,

Sizi bu əlamətdar hadisə münasibətilə bir daha ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Rəhbərliyiniz altında respublikamız sülh, inkişaf və ədalət yolunda bundan sonra da böyük nailiyyətlərə imza atacaqdır.

Dərin hörmət və ehtiramla,

Səbinə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkili (Ombudsman)

Azərbaycan Respublikası, Bakı şəhəri.

XƏBƏR LENTİ
15 IYUN 2026
Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bütün Xəbərlər