Leyla, Arzu və Alena Əliyevalar qayğıya ehtiyacı olan uşaqlarla şənlikdə

Leyla, Arzu və Alena Əliyevalar qayğıya ehtiyacı olan uşaqlarla şənlikdə
29.12.2025 23:34 Daxili siyasət

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.

Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.

Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.

Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.

Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.

NEWS FEED
17 JUNE 2026
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 All News