İnzibati xətalarla bağlı “İCMAL” informasiya sistemi yaradılacaq

İnzibati xətalarla bağlı “İCMAL” informasiya sistemi yaradılacaq
19.07.2025 11:46 Daxili siyasət

İnzibati xətalarla əlaqədar “İCMAL” informasiya sistemi yaradılacaq.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 45-1-ci və 45-2-ci maddələrdə əksini tapıb.

Beləliklə, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ("İCMAL" informasiya sistemi) yaradılacaq. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə "İCMAL" informasiya sisteminə ötürüləcək. Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara "İCMAL" informasiya sistemi vasitəsilə unikal kod verilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə pulunun hesablanması) tələb edilə bilməz.

“ICMAL” informasiya sisteminin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürüləcək.

İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barəsində məlumatların "İCMAL" informasiya sisteminə ötürülmə qaydası da müəyyənləşib.

Səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal "İCMAL" informasiya sisteminə ötürüləcək. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) "İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasıya sisteminə göndərıləcək.

Məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi nəzərdə tutulmuş qaydada həyata keçiriləcək. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl "İCMAL" informasiya sisteminə ötürüləcək. "İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənəcək və ya nömrələnmiş blanklarda çap edilərək imzalanacaq.

Unikal nömrə verilməklə tərtib olunmuş sənədlər nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndəriləcək. İtirilmiş, zədələnmiş (korlanmış) blanklar, habelə bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməmiş və ya nömrələnmiş blanklarda çap edilməmiş sənədlər barədə məlumatlar dərhal, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq "İCMAL" informasiya sisteminə ötürüləcək.

Beləliklə, "İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər