İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi

İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi
10.05.2026 13:01 Daxili siyasət

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi.

TodayPress TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib.

"Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik", – Prezident bildirib və əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır.

Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilib:

"Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. "Şuşa əldən gedərsə, başıma güllə çaxaram" deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi.

Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq".

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News