İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi
03.08.2026 13:40 Daxili siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

TodayPress TV xəbər verir ki, dəyişikliklə, Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi təsdiqlənib.

Dövlət başçısının 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir.

Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;

Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;

Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.

Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.

Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir.

Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 All News