Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişdi

Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişdi
20.11.2025 10:30 Daxili siyasət

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.

Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzi tərəfindən sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl məlumat

göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan sonra 3 (üç) iş günü ərzində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini məlumatlandırmalıdır. Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort putyovkası(yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini bu Qaydada nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.

Növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə) növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat Agentliyinin “DOST” mərkəzinə müraciət edə bilər. Qərara əsasən, orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və

ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar.

Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində

bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış

müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonunu müalicə başa çatdıqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti quruma təqdim edir.

Xidmətlə Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin “DOST” mərkəzi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur. İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun təmin edilir.”

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News