DTX bu istiqamətdə fəaliyyətə başladı

DTX bu istiqamətdə fəaliyyətə başladı
04.06.2026 14:48 Daxili siyasət

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində keçirilən “Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda sessiyada deyib.

O qeyd edib ki, kibertəhqiqatın prosessual və kibertədqiqat istiqamətlərinin tandem şəklində fəaliyyət göstərməsi kibertəhdidlərə qarşı mübarizədə mühüm irəliləyişlərin əldə olunmasına xidmət edir və bu istiqamətdə ciddi nəticələrin əldə olunması hədəflənib.

“Mütləq sürətdə dövlət-özəl tərəfdaşlığının, süni intellekt əsaslı müdafiə mexanizmlərinin gücləndirilməsi, risklərin qiymətləndirilməsi, eyni zamanda, böyük həcmli məlumatlarda yeni risklərin meydana çıxmaması üçün süni intellekt həllərinin artırılması istiqamətində təşəbbüslərimizi artırmalıyıq”, - deyə o əlavə edib.

D.Rüstəmov kibertəhlüksəzliyin qorunması istiqamətində beynəlxalq əməkdaşlıqdan da bəhs edib:

“Dünyanın 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtələrimiz var. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalı üzrə kibercinayətkarlıq hallarının araşdırılması istiqamətində tədbirlər görürük. BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi kibertəhlükəsizliklə bağlı konvensiyası üzərində də işlər gedir”.

(Trend)

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 All News