Cinayət işinin başlanmasının rədd edilməsi qaydalarına əlavələr edildi

Cinayət işinin başlanmasının rədd edilməsi qaydalarına əlavələr edildi
24.06.2025 13:41 Daxili siyasət

Milli Məclis cinayət işinin başlanmasının rədd edilməsi qaydalarına əlavələri ilk oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsinə əsasən, icraatında kommersiya mülki iş, və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə bu barədə Mülki Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərəcək.

Sənəddə vurğulanıb ki, mövcud qanunvericiliyə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Layihədə göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda həmin məsələ yuxarıda nəzərdə tutulmuş qaydada həll ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər