Səhnədə yenidən “Şəngülüm, Məngülüm”

Səhnədə yenidən “Şəngülüm, Məngülüm”
28.03.2026 13:00

Azərbaycan Dövlət Kukla Teatrı yubiley ilində balaca tamaşaçılarını növbəti maraqlı səhnə işi ilə sevindirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, teatrın repertuar planına uyğun olaraq Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yenidən səhnəyə gətirilir.

Uzun illərdir ki, həm dünya uşaq ədəbiyyatında, həm də Azərbaycan folklorunda xüsusi yer tutan bu nağıl kukla teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə balaca tamaşaçıların böyük marağı ilə qarşılanıb. Bu dəfə isə yaradıcı heyət əsərə yeni səhnə baxışı gətirərək onu daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edir.

Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır. Tamaşa “Şəngülüm, Məngülüm” adı ilə səhnələşdirilib.

Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır. Bu da tamaşanın yalnız əyləncəli deyil, həm də maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Elza Seyidcahandır.

 Musiqi tərtibatı və səhnə həlli tamaşanın ümumi ovqatını zənginləşdirərək balaca tamaşaçılar üçün maraqlı və yaddaqalan atmosfer yaradır.

Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları Səninə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.

Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.

Onu da qeyd edək ki, “Şəngülüm, Məngülüm” tamaşasının premyerası 29 mart tarixində keçiriləcək. Premyera günü tamaşa saat 12:00, 14:00 və 16:00 seanslarında nümayiş olunacaq.

Azərbaycan Dövlət Kukla Teatrı bütün balaca tamaşaçıları və valideynləri bu rəngarəng nağıl dünyasına səyahətə dəvət edir.

TodayPress TV

PHOTOS

Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 1
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 2
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 3
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 4
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 5
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 6
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 7
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 8
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 9
NEWS FEED
20 AUGUST 2026
Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 All News