Zəhərlənməmək üçün oxu!: Qarpızı nə vaxt yeməliyik?

Zəhərlənməmək üçün oxu!: Qarpızı nə vaxt yeməliyik?
11.06.2025 17:22 Cəmiyyət

"Qarpızın insan orqanizmi üçün faydalı olması üçün onun təbii mövsümündə, iyulun ortalarından başlayaraq avqust ayı ərzində istehlak olunması tövsiyə olunur". 

Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin dövrdə yetişən qarpızlar daha təbii olur, qida dəyəri yüksəkdir və orqanizmə faydalı təsir göstərir. Ekspert bildirib ki, mövsümdən əvvəl satışa çıxarılan qarpızlar ya istixanalarda yetişdirilir, ya da digər isti ölkələrdən gətirilir. Bu zaman onların daşınması və saxlanmasında bəzi hallarda kimyəvi maddələrdən istifadə oluna bilər:

"Həssas qrupdan olan azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar yalnız mövsümündə yetişən qarpızlardan istifadə etməlidirlər. Əgər kimyəvi müdaxilələr çox deyilsə, xaricdən gələn qarpızlardan az miqdarda istifadə etmək mümkündür. Lakin sağlamlıq üçün maksimum fayda əldə etmək istəyiriksə, yerli və təbii mövsümdə yetişən qarpızlara üstünlük verilməlidir".

Qida mütəxəssisi vurğulayıb ki, qarpızın tərkibində "A" və "C" vitaminləri, həmçinin güclü antioksidant olan likopin maddəsi var. Buna görə giləmeyvə xərçənglə mübarizədə və immun sisteminin gücləndirilməsində rol oynayır.

"Kalorisi aşağı olduğu üçün asan həzm olunan qidalar sırasındadır. Eyni zamanda liflə zəngin olduğu üçün həzm sisteminə də faydalıdır. Ancaq süni və qeyri-mövsümi şəkildə yetişdirilən qarpızlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Kimyəvi maddələrlə yetişdirilən, tərkibində nitrat səviyyəsi yüksək olan qarpızlar allergik reaksiyalar, həzm pozğunluğu, qarın ağrısı, şişkinlik və zəhərlənməyə səbəb ola bilər. Diabet xəstələri və insulin dirənci olan şəxslər də qarpızı miqdarla qəbul etməlidirlər. Soyuq şəkildə çox qəbul edildikdə isə mədə iltihabına yol aça bilər".

Məhsəti Hüseynova tövsiyə edib ki, istehlakçılar iri ölçülü, parlaq rəngli, günəş altında uzun müddət qalmayan qarpızları almalıdırlar.

Türkan İsgəndərli

FOTOLAR

Zəhərlənməmək üçün oxu!: Qarpızı nə vaxt yeməliyik? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər