Yolunu tapdılar: Repetitorluq bitir

Yolunu tapdılar: Repetitorluq bitir
18.06.2026 14:22 Cəmiyyət

"Azərbaycanda erkən yaşlardan repetitor və hazırlıq kurslarına yönləndirmənin əsas səbəblərindən biri mövcud təhsil sistemidir". 

TodayPress TV xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev bildirib.


O hesab edir ki, problemin həlli üçün təhsil sistemində köklü dəyişikliklərə ehtiyac var:

"Bu istiqamətdə, xüsusilə də təhsil sisteminin dəyişdirilməsi zəruridir. Nə qədər müxtəlif düzəlişlər və yanaşmalar tətbiq olunsa da, ümumi müsbət nəticələrin əldə olunmasında müəyyən çətinliklər qalacaq. Lakin təhsil sistemi dəyişdirilərsə və üç pilləyə - ibtidai təhsil, doqquzuncu sinfə qədər icbari təhsil və sonrakı mərhələdə ali təhsilə hazırlıq mərhələsinə bölünərsə, bu daha faydalı ola bilər".

Ekspertin sözlərinə görə, hazırkı sistemdə məktəb məzunları ali məktəblərə qəbul üçün tələb olunan proqramı tam mənimsəyə bilmirlər:

"Hazırda 11-ci sinfə çatan bir şagird Azərbaycan dili və ya riyaziyyat üzrə ümumi qəbul proqramının cəmi 5-10 faizini mənimsəmiş olur. Buna görə də o, məcbur qalır ki, repetitor yanına getsin və ya hazırlıq kurslarına müraciət etsin. Yeni model tətbiq edilərsə, 10-cu sinifdən etibarən şagirdlərin ali təhsilə hazırlığı daha sistemli şəkildə təşkil oluna bilər. Bu prosesə yüksək nəticə göstərmiş müəllimlərin cəlb olunması da effektiv nəticələr verə bilər. Qəbul imtahanları ətrafında formalaşan psixoloji təzyiq valideynlərin uşaqları erkən yaşlardan hazırlıq prosesinə yönləndirməsinə səbəb olur. Hazırda qəbul imtahanı ilə bağlı qorxu və fobiya həm valideynlər, həm də şagirdlər arasında kifayət qədər yüksək səviyyədədir. Buna görə də müşahidə edirik ki, şagirdlər hələ aşağı siniflərdən etibarən valideynləri tərəfindən hazırlıq prosesinə yönləndirilirlər".

R.Nurəliyev əlavə edib ki, qəbul imtahanlarının sadələşdirilməsi və fənn sayının azaldılması da mövcud problemin həllinə müsbət təsir göstərə bilər:

"Qəbul imtahanları çətinləşdikcə, bu qorxu və narahatlıq daha da artır. Ona görə də hesab edirəm ki, həm qəbul imtahanlarının müəyyən qədər sadələşdirilməsi, həm fənn sayının azaldılması, həm də təhsil sistemində aparılacaq dəyişikliklər bu problemin həllinə müsbət təsir göstərə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 All News