Yollar yalnız avtomobillər üçün deyil! - İRAD

Yollar yalnız avtomobillər üçün deyil! - İRAD
27.11.2025 16:50 Cəmiyyət

"Bakıda avtobus zolaqlarının tətbiqi ictimai nəqliyyatın daha səmərəli və vaxtında işləməsinə imkan yaradır".

Bu barədə TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.


Onun sözlərinə görə, son illər şəhər mühitində hərəkətin bütün istifadəçilər üçün sərbəst təşkili məqsədilə avtobus zolaqlarının çəkilməsi dövlət proqramında da təsbit olunub:

"İctimai nəqliyyatla hərəkət edən sərnişinlər artıq daha qısa müddətdə mənzil başına çatdıqlarını və dayanacaqlarda uzun gözləmə hallarının azaldığını bildirirlər. Bu da intervalların qısalması və avtobus sayının artması ilə mümkün olub". 

Ekspert əlavə edib ki, müəyyən qədər narazılıq bildirən sürücülər olsa da, hər bir vətəndaş həm piyada, həm sərnişin, həm də sürücü kimi şəhər hərəkətinin bütün tərəflərini anlamalıdır:


“Bu hərəkət hamı üçün sərbəst olmalıdır. Avtobus zolaqlarının məqsədi yalnız ictimai nəqliyyatın daha stabil və davamlı hərəkətini təmin etməkdir. Gələcəkdə ictimai nəqliyyata maraq daha da artacaq. Bunun səbəbi isə həm avtobus şəbəkəsinin genişlənməsi, həm də metroda aparılan genişmiqyaslı yenidənqurma işləridir: yeni stansiyalar, depolar və qatarlar şəhər nəqliyyatının yükünü yüngülləşdirəcək".

Eldəniz Cəfərov vurğulayıb ki, şəhərləşmə prosesi bütün dünyada sürətlənib. Yalnız avtomobilləşməyə üstünlük vermək gələcəkdə hərəkət azadlığını daha da məhdudlaşdıra bilər. Buna görə də nəqliyyat sistemi şaxələndirilməlidir:

"Yollar yalnız avtomobillər üçün deyil. Yaxın gələcəkdə tramvay xətlərinin də çəkilməsi planlaşdırılır. Bakıda tıxacların yaranma səbəbləri çoxşaxəlidir və avtobus zolaqları bu problemlərin əsas mənbəyi deyil. Tıxaclar daha çox yol infrastrukturu, şəhərsalma nöqsanları, tikinti özbaşınalıqları ilə bağlıdır. Avtobus zolaqlarının funksiyası yalnız ictimai nəqliyyatın hərəkətini təmin etməkdir".

Mütəxəssis qeyd edib ki, salınan avtobus zolaqları yalnız şəhərdaxili ictimai nəqliyyat avtobuslarına aiddir. Şəhərlərarası, özəl şirkətlərə və ya dövlət qurumlarına məxsus avtobusların bu zolaqlardan istifadə hüququ yoxdur.


"Proses mərhələli şəkildə genişlənməli və ictimai nəqliyyatın inkişafı şəhərin gələcək yükünü qarşılamaq üçün əsas prioritet olmalıdır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 All News