Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə

Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə
06.03.2026 18:03 Cəmiyyət

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində planlaşdırılan yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə “Günəşli İnşaat” MTK tərəfindən Əhməd Mehbalıyev küçəsi 5 ünvanında inşa olunması nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının layihəsi üzrə müzakirə aparılıb.

Şirkət rəhbərliyi, dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin, həmçinin sakinlərin iştirakı ilə təşkil olunan tədbirdə  layihənin ətraf mühitə mümkün təsirləri, ekoloji təhlükəsizlik tədbirləri və kompensasiyaedici yaşıllaşdırma məsələləri barədə ictimaiyyətə məlumat verilib. Layihə 1,2217 hektar torpaq sahəsinin bir hissəsində həyata keçiriləcək və baş plana uyğun olaraq A, B, C, F və M bloklarının tikintisi nəzərdə tutulur. Məlumata görə, A və B blokları bir girişli, 10 mərtəbəli yaşayış binaları olacaq. C bloku isə iki girişli, 10 mərtəbəli yaşayış binası kimi layihələndirilib. Layihə çərçivəsində yeraltı avtodayanacaqlar, qeyri-yaşayış sahələri, texniki infrastruktur obyektləri, su anbarları, nasosxana, transformator yarımstansiyası və məişət tullantıları üçün konteyner meydançası da inşa ediləcək.

Ərazidə geniş abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır. Şəhərsalma sənədinə əsasən ümumi sahənin 25 faizi, yəni 4000 kvadratmetr ərazi yaşıllıq zonası kimi nəzərdə tutulur.

Qeyd olunub ki, tikinti sahəsinə bir neçə ağac və kol düşür və bu yaşıllıqlarla bağlı bütün prosedurlar Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun şəkildə həyata keçiriləcək, layihə çərçivəsində kompensasiyaedici yaşıllaşdırma tədbirləri görüləcəkdir.

Tikinti prosesində atmosfer havasına emissiyaların azaldılması, səs-küyün minimuma endirilməsi, tikinti tullantılarının düzgün idarə olunması və mövcud yaşıllıqların qorunması əsas tələblərdən olacaq. Həmçinin daşınmalar zamanı tozlanmanın qarşısını almaq üçün nəqliyyat vasitələrinin yük hissələrinin örtülməsi tələb olunur.

İctimai dinləmədə layihə üzrə bütün sənədlər müzakirə olunub və irəli sürülən təkliflər nəzərə alınmaqla Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razılaşdırılıb. Qərara əsasən, tikinti işləri zamanı bütün ekoloji və sanitar tələblərə ciddi riayət olunmalıdır.

TodayPress TV

PHOTOS

Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 1
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 2
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 3
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 4
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 5
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 6
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 7
Yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə — 8
NEWS FEED
31 JULY 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 All News