Yeni ildə uşaqlara hədiyyə alarkən nəyə diqqət etmək lazımdır?

Yeni ildə uşaqlara hədiyyə alarkən nəyə diqqət etmək lazımdır?
16.12.2025 13:39 Cəmiyyət

Yeni ilə sayılı günlər qalıb və bayram ab-havası artıq hər yerdə hiss olunur. Alış-veriş mərkəzlərində, mağazalarda və küçələrdə yeni ilə aid atributlar, xüsusilə də uşaqların diqqətini çəkən hədiyyə qutuları vitrinləri bəzəyir. 

Bəs bu qutuları alarkən, nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov TodayPress TV-yə bildirib ki, yeni il hədiyyə qutuları seçilərkən, xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsullarda bir sıra mühüm məqamlar nəzərə alınmalıdır.


Onun sözlərinə görə, ilk növbədə qutunun üzərində olan etiket məlumatları diqqətlə yoxlanılmalıdır:

"Qutunun üzərində məhsulların tam tərkibi, istehsalçı, istehsal tarixi və son istifadə tarixi mütləq qeyd olunmalıdır. Etiketsiz və ya qeyri-müəyyən məlumatlı qutulardan uzaq durmaq lazımdır. Son istifadə tarixi bitməyə yaxın olan məhsullar risk yaradır. Hədiyyə qutularında olan şirniyyatların bir qismi xeyli əvvəl istehsal olunmuş ola bilər. Tarixi bitməyə yaxın məhsullar uşaqların sağlamlığı üçün təhlükə yarada bilər".

Ekspert qablaşdırmanın vəziyyətinin də mühüm göstərici olduğunu vurğulayıb:

"Qutu zədələnmiş, şişmiş və ya açılmış vəziyyətdədirsə, bu, məhsulun saxlanma şəraitinin pozulduğuna işarə edə bilər. Qutuların tərkibində olan maddələrə xüsusi diqqət yetirilməlidir. Rəngləndiricilər, süni dadvericilər, trans yağlar və yüksək miqdarda şəkər uşaqlar üçün arzuolunan deyil. Allergiyası olan uşaqlar üçün isə tərkibin diqqətlə yoxlanılması vacibdir.

Bundan əlavə, şirniyyatların saxlanma şəraiti də önəmlidir. Şokolad və digər məhsullar uyğun temperaturda saxlanmalıdır. Mağazalarda günəş şüaları altında və ya istilik mənbəyinə yaxın yerləşdirilən hədiyyə qutuları keyfiyyətini itirə bilər. Qutunun içində oyuncaq olduğu hallarda isə onun təhlükəsizliyi əsas şərtdir. Oyuncaqlar sertifikatlı, iti kənarsız və uşağın yaşına uyğun olmalıdır".

Fərid Səfərov valideynləri ucuz qiymətə aldanmamağa da çağıraraq qeyd edib ki, çox ucuz hədiyyə qutuları adətən keyfiyyətsiz və tərkibi zəif məhsullardan ibarət olur. Parlaq qablaşdırma hər zaman keyfiyyət demək deyil.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 All News